AŞPA sədri: “Məsuliyyətli iş Ermənistanın boynundadır”

AŞPA sədri: “Məsuliyyətli iş Ermənistanın boynundadır”
  22 Aprel 2013    Oxunub:1337
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının ilk günündə qurumun sədri Jan-Klod Minyon mətbuat konfransı keçirib.
J. K. Minyon hazırda Avropa Şurasında hər iki ölkə üçün böyük bir fürsət yarandığını, eyni zamanda hər iki ölkənin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

O, bunu hər iki ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəkləri ilə izah edib:

“Bildiyiniz kimi, bu ilin may ayında Ermənistan Avropa Şurası Nazirlər Komitəsinə 6 ay ərzində sədrlik edəcək, daha sonra – Avstriyanın ardınca bu vəzifəni Azərbaycan 6 ay müddətinə öz üzərinə götürəcək. Buna görə də hər iki ölkənin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətli iş ilk olaraq Ermənistanın boynundadır. 1949-cu ildə yaradılmış bizim təşkilatın əsas məqsədi ondan ibarət olub ki, Avropada artıq heç bir müharibə və münaqişə olmasın. Amma bu gün Avropa Şurasına üzv olan iki ölkə arasında açıq münaqişənin, müharibənin baş verməsi paradoksal bir haldır”.

AŞPA rəhbərinin sözlərinə görə, ortaya belə bir sual çıxır ki, hər iki ölkənin Nazirlər Komitəsinə sədrlik etməsi Avropa Şurası və bu ölkələr üçün ələ düşmüş fürsət, yoxsa vəziyyəti daha da dalana salacaq bir hal kimi dəyərləndiriləcək?

“Hesab edirəm ki, biz bu sədrlikləri daha uyğun məcraya yönəldə bilsək, bu, əlbəttə ki, həm bizim təşkilatımız, həm də hər iki ölkə üçün bir fürsət olacaq. Burda da ən əsas şərt ondan ibarətdir ki, Azərbaycan və Ermənistan bu fürsəti əldən verməsinlər və maksimum şəkildə adekvat bir şəkildə fəaliyyət aparsınlar, öz aralarında dialoq qura bilsinlər. Mən öz növbəmdə hər iki ölkənin AŞPA-dakı nümayəndələri ilə görüşlərimi, onlar arasındakı danışıqlar prosesini davam etdirəcəyəm. Hazırda bu görüş yalnız hər iki ölkənin nümayəndə heyətləri arasında baş verir. Mənim istəyim isə odur ki, növbəti görüşlərdə nümayəndə heyəti üzvlərinin hamısı iştirak etsinlər. Bu danışıqlara qurumdakı bir çox həmkarlarımız da öz köməkliklərini göstərirlər və bu da məni çox sevindirir və ümid yaradır”.(apa)



Teqlər:





Xəbər lenti