![]() |
"Taurus" Kiyevə Krım körpüsünün vurulması üçün verilir - "Financial Times" |
Qəzet yazb ki, Trampın komandası bununla bağlı ukraynalı həmkarlarına təqdim etdiyi məxfi sənədi yüksək səviyyəli Avropa rəsmiləri ilə də paylaşıb.
"Hazırda ABŞ Kiyevin cavabını gözləyir. Yəqin ki, cavab ABŞ, Ukrayna və Avropa rəsmilərinin danışıqlar aparacağı Londonda məlum olacaq. Əgər tərəflər öz mövqelərində ortaq məxrəcə gələrlərsə, bundan sonra sənədi Moskvaya çatdırmaq olar", - müəllif qeyd edib.
ABŞ-nin ortaya qoyduğu şərtlərdən biri, digər ideyası isə Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ilə bağlıdır. Qərb rəsmilərinin fikrincə, Tramp adminstrasiyasının tələbində ZAES yaxınlığında Amerikanın nəzarəti altında ola biləcək xüsusi ərazinin neytral bölgə olaraq təyin edilməsini nəzərdə tutulur.
Xatırladaq ki, ötən ay Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı Zaplorojye AES məsələsində də toxunmuşdu. WSJ belə ehtimal edir ki, yeni ideya reallaşarsa Zaporojye AES həm Ukraynaya, həm də işğal olunmuş ərazilərə elektrik enerjisi verəcək.
Aprelin 18-də ABŞ dövlət katibi Marko Rubio diqqət çəkən fikirlər səsləndirmişdi. Dövlət katibi ABŞ-nin artıq Ukraynadan bezməsinə eyham vurub. Rubio həmçinin deyib: "Ukrayna müharibəsi qorxunc bir şeydir. Lakin bu, bizim müharibəmiz deyil. Bunu biz başlamamışıq. ABŞ üç ildən çoxdur ki, Ukraynaya kömək edir və biz hər şeyin bitməsini istəyirik". Ağ Ev rəsmisi onu da əlavə edib ki, Ukraynada müharibənin dayandırılması vacib olsa da, ortada başqa mühüm məsələlər də var.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az