Azərbaycanlıların Strasburqdakı aksiyası - FOTOLAR

Azərbaycanlıların Strasburqdakı aksiyası - FOTOLAR
  22 Aprel 2013    Oxunub:1213
“Sərkisyan diktator!”, “Ermənistan – terror yuvası”, “Ermənistana Avropada yer yoxdur”.
Bu şüarlar bu gün Ermənistandakı vəziyyət, prezident seçkiləri barədə monitorinqin nəticələrini müzakirə etməyə hazırlaşan Avropa Şurası Parlament Assambleyasının binası qarşısında səsləndirilib.

Məlum olduğu kimi, may ayından etibarən Ermənistan Avropa Şurası nazirlər Kabinetinə başçılıq edəcək. Bu gün onlarla Azərbaycan və Türkiyə icmasının üzvləri Ermənistanda kütləvi qanun pozuntularını görməzdən gələn Avropa Şurasının ikili standartlarından təngə gəldiklərini bildiriblər.

Aksiya iştirakçılarından olan, Fransadakı Türkiyə icmasının lideri Mustafa Alınca AŞPA-nın ikiüzlü siyasətini sərt tənqid edib və Sərkisyan diktaturasına qarşı daha sərt addımlar atmağa çağırıb.

Qalereya




Teqlər:  





Xəbər lenti