Lavrov Mirzoyanla görüşüb

   Lavrov Mirzoyanla görüşüb
  21 May 2025    Oxunub:369
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın paytaxtı İrəvan şəhərinə səfər çərçivəsində həmkarı Ararat Mirzoyanla görüş keçirib.
Ermənistanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazirlər əvvəlcə təkbətək görüşüblər. Ardınca iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş baş tutub.

Tərəflər regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması prosesləri ətrafında fikir mübadiləsi aparıblar. Danışıqların yekununda 2025-2026-cı illər üçün Nazirliklərarası Məsləhətləşmələr Planının imzalanması nəzərdə tutulur.
Lavrov İrəvana gedir

Sergey Lavrov ikigünlük səfər çərçivəsində həmçinin Baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla da görüşəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Ermənistan   nazir   səfər   görüş  





Xəbər lenti