Wall Street Journal “ASAN” haqqında – TAM MƏQALƏ

Wall Street Journal “ASAN” haqqında – TAM MƏQALƏ
  23 Aprel 2013    Oxunub:1422
ABŞ-ın nüfuzlu qəzetlərindən biri olan “Wall Street Journal" “ASAN xidmət”dən yazıb. AzVision.az həmin məqaləni olduğu kimi təqdim edir:
Azərbaycan geniş əhatəli təşəbbüslə korrupsiyanı çökdürür, bürokratiyanı azaldır və dövlət xidmətlərini təkmilləşirdir

Azərbaycan Hökumətinin bürokratiyanın qarşısının alınması, şəffaflığın artırılması, biznesin asanlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər iyun ayından başlayaraq vətəndaşların geniş sayda dövlət xidmətlərinin əldə edilməsinə imkan verəcək xüsusi avtobuslarla yola çıxacaq.

Prezident Əliyev ASAN xidmətini dövlət qurumlarının fəaliyyətində səmərəliliyi, şəffaflığı, hesabatlılığı artırmaq, korrupsiyanı azaltmaq və islahatları sürətləndirmək məqsədi ilə şəxsən yaradıb. ASAN xidmətin yaradılması həmçinin ölkələrin bürokratiyanın qarşısının alınması və proseslərin sadələşdirilməsi istiqamətində gördüyü işləri illər üzrə qiymətləndirən Dünya Bankı tərəfindən “Doing Biznes” (Biznesin həyata keçirilməsi) üçün müəyyən edilən kriteriyalara tam uyğundur.

ASAN xidməti hökumət tərəfindən bütün sahələri üzrə xidmətlərin, qeydiyyat sənədlərinin verilməsi, şəxsiyyət vəsiqələri, pasportlar, vergi məsələləri və hüquqi şəxslərin qeydiyyatının göstərilməsini təmin edəcəkdir. Azərbaycanda artıq biznesə başlanılması üçün prosedurlar 30-dan 7-yə, xərclər isə yarıyadək endirilmişdir.

Bu mütərəqqi təşəbbüs vətəndaşlarla da bizneslə nəzərdə tutulan kimi yaxın ünsiyyət qurmaqdır. Bu məqsədlə hökumət ASAN xidmətin rayon mərkəzlərinə avtobus turlarını yaratmışdır ki, vətəndaşların dövlət idarələri ilə əlaqələri və xidmətlərindən istifadə edilməsi ilə bağlı bütün məsələlər üzrə dəstək təmin etsin.

ASAN xidmət mərkəzinin sədri İnam Kərimov bildirmişdir ki, “Xüsusi avtobuslar ASAN xidmət mərkəzinin bu il açılmayacağı regionlara və kəndlərə səfər edəcək və vətəndaşlara yerində dövlət xidmətlərini göstərəcəkdir”.

Artıq 60000 vətəndaş mövcud ASAN xidmətlərindən şəhərdəki mərkəzlər və çağrı mərkəzi vasitəsilə istifadə etmişdir. İyun ayından başlayaraq avtobuslar bu xidmətlərin daha geniş sayda vətəndaşa çatmasını təmin edəcəkdir.

Növbəti mərhələ xarici iş adamlarının ASAN xidmətdən istifadə etməsini təmin etməkdir. Keçən həftə Bakıda keçirilən konfransda müzakirələr “ASAN” - da vizaların və iş icəzələrinin verilməsi mövzusu ətrafında olmuşdur. Bu həm Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərin həmdə onların təcrübəsindən faydalanan vətəndaşlar üçün yararlı olacaqdır.

ASAN vətəndaşlara daha yaxşı xidmətin göstərilməsi məqsədi ilə hökumətin prosesləri sadələşdirmək, biznes rahatlığının təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılması ilə bağlı islahatlarının bir hissəsidir.
Azərbaycan həmçinin bu il digər Avropa dövlətləri ilə ikiqat vergi tutmanın aradan qaldırılması və sərmayələrin qarşılıqlı müdafiəsi haqqında müqavilələrə də imza atmışdır.


Yazının əslini buradan oxumaq olar

Yaxud news.google.com saytında «azerbaijan wsj» yazmaqla oxuya bilərsiniz



Teqlər:  





Xəbər lenti