Cəmil Quliyev: “Kadr dəyişikliyi hələ tezdir”

Cəmil Quliyev: “Kadr dəyişikliyi hələ tezdir”
  23 Aprel 2013    Oxunub:1283
“Azərbaycançılıq, konstruktiv dialoq və varislik prinsiplərini inkişaf etdirəcəm”
AzVision.az xəbər verir ki, İctimai Televiziyayanın baş direktoru jurnalistlərə açıqlamasında verib. O, bildirib ki, Azərbaycançılıq, konstruktiv dialoq və varislik prinsiplərini inkişaf etdirəcək.

“İctimai Televiziyada ictimai siyasi verilişlərlə yanaşı, mədəniyyət, incəsənətə böyük yer veriləcək. Çünki hər şey mədəniyyətdən başlayır, o geniş məfhumdur”.

Kadr dəyişikliklərindən də danışan Cəmil Quliyev bildirib ki, bu hələ tezdir. “Kadr dəyişikliyindən danışmaq tezdir. Əsas professionallıqdır”

Cəmil Quliyev bildirib ki, İTV-ə rəhbərliklə yanaşı həm də pedaqoji fəaliyyətini davam etdirəcək: “Həm Kinomatoqrafçılar ittifaqınında fəaliyyətimi davam etdirəcəm, həm də tələbələrə dərs deyəcəm”

Anar



Teqlər:  





Xəbər lenti