Prezident bankın nümayəndə heyətini qəbul edib

Prezident bankın nümayəndə heyətini qəbul edib
  23 Aprel 2013    Oxunub:1170
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də "Commerzbank AG" bankının idarə heyətinin sədri Martin Blessinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı "Commerzbank AG" bankının idarə heyətinin sədri Martin Blessinqin ölkəmizə səfərinin əməkdaşlığın inkişafı ilə bağlı görülən işlərin və bu əməkdaşlığın perspektivlərinin nəzərdən keçirilməsi üçün yaxşı fürsət yaratdığını deyib.

Azərbaycanda son illər sürətli iqtisadi inkişafa nail olunduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə iqtisadi, sosial, infrastruktur layihələrinin uğurla həyata keçirildiyini vurğulayıb.

Azərbaycana ilk dəfə 5 il bundan əvvəl səfər etdiyini xatırlayan Martin Blessinq ötən dövr ərzində ölkəmizdə gedən sürətli iqtisadi inkişaf proseslərinin şahidi olduğunu qeyd edib.

O, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlərin önəmini vurğulayıb.

Görüşdə "Commerzbank AG" bankı ilə ölkəmiz arasında qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatının müasir texnika ilə təmin olunması və məhsuldarlığın artırılması üzrə məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti