Qlobal Liderlər Şurasının siyahısı

Qlobal Liderlər Şurasının siyahısı
  23 Aprel 2013    Oxunub:1378
Qlobal Liderlər Şurası məqsədlərini və üzvlərininin siyahısını açıqlayıb
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İsgəndəriyyə Kitabxanası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Sülh Mədəniyyəti Fondu, Xarici Əlaqələr Şurası və dünyanın bir sıra nüfuzlu qurumlarının dəstəyi ilə təsis olunmuş Qlobal Liderlər Şurası prioritet məqsədlərini açıqlayıb. Şuradan verilən məlumatda bildirilir ki, beynəlxalq münasibətlərdə təhdid, münaqişələrin, bərabərsizlik və ədalətsizlik anlayışlarının artması, son illər ərzində terror, müharibələr və işğal aktlarının intensivləşməsi cəmiyyətlər, dinlər, insanlar arasında qarşılıqlı şübhə və qorxu hallarına rəvac vermişdir. Bu çərçivədə dözümlük və anlaşmanın təşviq edilməsi və dünyanın yaranmış disbalansının həlli üçün kollektiv siyasi iradənin yaradılması, mədəniyyətlər və insanlar arasında körpülərin qurulmasına ehtiyac heç zaman bu qədər aktual olmamışdır. Qlobal Liderlər Şurasının yaradılması məhz bu zərurətdən irəli gəlir.

Qlobal Liderlər Şurasının əsas məqsədləri sırasına sülh, təhsil, insan hüquqları, milli və beynəlxalq səviyyədə demokratiya və qarşılıqlı anlaşmanın təşviqi; ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə; beynəlxalq təşkilatlar arasında qarşılıqlı əlaqələrin təmin edilməsi daxildir. Bundan başqa, cəmiyyətin bütün sahələrində demokratik prinsip və təcrübələrin təbliği; dialoq, tolerantlıq və anlaşma əsasında birgə yaşama formaları, habelə təzyiq və zorakılığın bütün formalarının rədd edilməsi, resursların ədalətli bölgüsü, informasiya və bilik mübadiləsini də Şura prioritet məqsədləri elan edib.

Qlobal Liderlər Şurasının üzvləri Latviyanın sabiq Prezidenti Vaira Vike-Freiberga, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, YUNESKO-nun sabiq Direktoru Federiko Mayor Zaragoza, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, BMT Baş Katibinin müşaviti Nafis Sadik, Əlahəzrət Kraliça Nur, Əlahəzrət Şeyxa Hissah bint Saad Al-Sabah və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur.

Alyansın ilk toplantısı mayın 7-8-də Bakı şəhərində keçiriləcək. Mərkəz rolunda isə Vaşınqton, Genevrə, İsgəndəriyyə və Bakı şəhərləri olacaq


Teqlər:





Xəbər lenti