Fuad Ələsgərov hesabatı şərh etdi

Fuad Ələsgərov hesabatı şərh etdi
  24 Aprel 2013    Oxunub:1349
Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ABŞ Dövlət Departamentinin hesabatını şərh edib.

Fuad Ələsgərov “İnterfax”-a verdiyi müsahibəsində bildirib ki, göstərilən hesabatda dünyanın 199 ölkəsində insan hüquqlarının vəziyyəti, daha dəqiq desək, bu vəziyyətə ABŞ-ın baxışı əks olunub. Dövlət Departamentinin illik hesabatı müəyyən ənənəyə çevrilməklə yanaşı, həm də ənənəvi olaraq ABŞ-ın dünyanın insan hüquqları üzrə mentoru rolunu üzərinə götürməsi ilə razılaşmayan bir çox ölkələr tərəfindən tənqid olunur.

Bu ölkələr, eyni zamanda, insan hüquqları ilə bağlı ABŞ-ın özündə mövcud olan və ya onun dünyanın başqa regionlarındakı fəaliyyəti nəticəsində ortaya çıxan çoxsaylı problemlərə də işarə edirlər. Yəqin ki, insan hüquqları sahəsində qlobal vəziyyəti qiymətləndirmək funksiyasını üzərinə götürmüş ölkə ilk növbədə özü bu sahədə qüsursuz olmalıdır.

Bundan əlavə, Dövlət Departamentinin hesabatı bir çox hallarda müxalif yönümlü qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanır və əksər hallarda müvafiq ölkənin dövlət orqanlarının bu və ya digər məsələyə dair mövqeyini əks etdirmir.

F.Ələsgərovun fikrinə görə, Dövlət Departamentinin illik hesabatları yalnız dünya miqyasında insan hüquqlarının müdafiəsi işinə deyil, daha çox müəyyən xarici siyasət maraqlarına xidmət edir.




Teqlər:  





Xəbər lenti