Ramil Usubov iclas keçirdi

Ramil Usubov iclas keçirdi
  23 Aprel 2013    Oxunub:1381
İclasda bir sıra mühüm məsələlər müzakirə edilib.
Bu gün Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) “Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili” və “Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin vəziyyəti və qarşıda duran vəzifələr”ə həsr olunmuş Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. O, əməliyyat-axtarış fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilən praktiki tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, xüsusən də qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılmasında önəmli rolunu, bu sahədə işin nəticələrinin hər bir əməliyyatçının və rəhbər vəzifəli şəxsin peşəkarlığının əsas göstəricisi olduğunu diqqətə çatdırıb.

Nazir Konstitusiya ilə müəyyən edilmiş mülkiyyət, əmək, sosial təminat, seçki və s. hüquqların həyata keçirilməsində, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrin yerinə yetirilməsində vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi işinin düzgün təşkilinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Mövcud kriminogen duruma toxunan daxili işlər naziri cari ilin üç ayında da əvvəlki illərdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini bildirib.

Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini Arzu Daşdəmirov və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev aidiyyəti sahələrdə görülmüş işlər, əldə edilmiş nəticələr, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər, habelə qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti