Tovuzda sərnişin qatarı piyadanı vurdu

Tovuzda sərnişin qatarı piyadanı vurdu
  24 Aprel 2013    Oxunub:1571
Tovuzun Alokol kəndi ərazisində sərnişin qatarı avtomobilə çırpılıb.
Bakı-Qazax dəmiryol xəttinin 127-ci kilometrliyində hərəkət edən sərnişin qatarı nizamlanmayan dəmiryolu keçidində 35 yaşlı İlqar Hüseynovun idarə etdiy "QAZ 3110" markalı avtomobillə toqquşub. Qəza zamanı qatar avtomobili 200 metr sürükləyib.

Daha sonra isə yolu keçmək istəyən 25-30 yaşlarında olan naməlum qadını vurub. Nəticədə piyada hadisə yerindəcə dünyasını dəyişib. Avtomobilin sürücüsü isə yüngül xəsarətlərlə canını qurtara bilib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti