Moskvada sürücüsüz taksilər istifadəyə veriləcək

   Moskvada sürücüsüz taksilər istifadəyə veriləcək
  12 Noyabr 2025    Oxunub:763
"2026-cı ildə Moskvada ilk sürücüsüz taksi xidməti istifadəyə verilə bilər".
Bu sözləri Rusiyanın Baş naziri Mixail Mişustin paytaxt Moskvada keçirilən "Rəqəmsal Həllər" Forumunun əsas plenar iclasında çıxışı əsnasında dilə gətirib. Bildirib ki, ilkin mərhələdə sərnişinlərin təhlükəsizliyi məqsədilə avtomobildə sınaq sürücüsünün də xidmət göstərməsi nəzərdə tutulur.

"Bu cür nəqliyyat vasitələri əsasında yerüstü nəqliyyat üçün tamhüquqlu bazar formalaşdırılacaq. Hazırda kommersiya şirkətləri gələn ilin əvvəlində paytaxtımızda ilk sürücüsüz taksiləri işə salmaq istiqamətində işləyirlər", - o deyib.
"Yandex" çatdırılma robotlarının sayını artırır

Hökumət başçısı vurğulayıb ki, belə innovativ texnologiyaların yalnız bütün zəruri sınaqlardan keçiriləcəyi, vətəndaşlar üçün təhlükəsizliyi və rahatlığı təsdiqlənəcəyi təqdirdə tətbiqi daha məqsədəuyğundur.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   sürücüsüz-taksi  



Xəbər lenti