Bakı-İrəvan danışıqlarının sənədləri ilin sonunadək yayımlanacaq

   Bakı-İrəvan danışıqlarının sənədləri ilin sonunadək yayımlanacaq
  12 Noyabr 2025    Oxunub:801
"Azərbaycan tərəfi ilə danışıqların sənədlərinin bir hissəsi gələn ilin sonunadək ictimaiyyətə açıqlanacaq".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə yerli mətbuata müsahibə verərkən dilə gətirib. O bildirib ki, müddətin uzadılması Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun ləğvi ilə əlaqədardır.

"Ləğv prosesi başa çatanda sənədlərin açıqlanmasına qarşı həm mənəvi, həm də siyasi maneələr aradan qalxacaq, beləliklə, onları yayımlaya biləcəyik", - deyən hökumət başçısı həmçinin vurğulayıb ki, sözügedən sənədlər məxfi kateqoriyadan artıq çıxarılıb. Paketə sabiq prezident Serj Sarkisyanın üçüncü tərəfə yazdığı məktub da daxildir.

Nikol Paşinyan hələ noyabrın 8-də diqqətə çatdırmışdı ki, danışıqlar prosesi ilə əlaqəli əsas sənədlər, o cümlədən 2019-cu ilin materialları dərc üçün hazır hala gətirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   danışıqlar   sənədlər  



Xəbər lenti