G7: “Sərhədlər güc yolu ilə dəyişdirilə bilməz”

      G7:    “Sərhədlər güc yolu ilə dəyişdirilə bilməz”
  13 Noyabr 2025    Oxunub:751
G7 ölkələrinin Xarici İşlər nazirləri birgə bəyanatda Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırıblar.
AzVision.az xəbər verir ki, “RBK” telekanalının məlumatına görə, sənədi Ontarioda nazirlərin görüşünün yekunları üzrə Kanada Xarici İşlər nazirliyinin mətbuat xidməti dərc edib.

“Biz Rusiyanın iqtisadi ziyanlarını artırır və onun hərbi səylərini maliyyələşdirməyə kömək edən ölkələr və təşkilatlara qarşı tədbirləri öyrənirik”, - bəyanatda deyilir.

Nazirlər birgə bəyanatda Şimali Koreya və İranın Rusiyaya hərbi dəstəyini, habelə Çindən silah və ikili təyinatlı komponentlərin tədarükünü pisləyərək, bunun müharibənin genişlənməsinə şərait yaratdığını vurğulayıblar.

Rubio: “Rusiyaya sanksiya tətbiq etməyə yer qalmayıb”
Diplomatlar həmçinin Ukraynaya dəstək məqsədilə Rusiyanın Qərbdə dondurulmuş suveren aktivlərindən koordinasiyalı şəkildə istifadə imkanlarını müzakirə ediblər.

- Rusiyanın son hücumlarından sonra ölkənin enerji infrastrukturunun qorunmasının vacibliyi vurğulanıb ki, bu da Ukrayna iqtisadiyyatının sabitliyi və təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Ukraynanın yenidən qurulması həm dövlət, həm də özəl sektorun iştirakını tələb edən nəhəng, lakin həlledici vəzifədir. Bu baxımdan, Ukrayna regionda enerji təhlükəsizliyi və innovasiya nümunəsinə çevrilə bilər”, - diplomatların birgə bəyanatında qeyd olunur.

G7 ölkələrinin diplomatları bildiriblər ki, mövcud təmas xətti danışıqlar üçün əsas olmalıdır və “sərhədlərin güc yolu ilə dəyişdirilməsi” qəbuledilməzdir.

Maraqlıdır ki, ABŞ-nin Dövlət katibi Marko Rubio G7 ölkələrinin Xarici İşlər nazirlərinin Kanadada keçirilən toplantısından sonra jurnalistlərə açıqlamasında Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində faktiki olaraq son həddə çatdığını söyləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   G?   Rusiya   xəbərdarlıq  



Xəbər lenti