AFFA iki baş məşqçini 4 oyunluq diskvalifikasiya edib

AFFA iki baş məşqçini 4 oyunluq diskvalifikasiya edib
  13 Noyabr 2025    Oxunub:398
AFFA U-14 Liqasında çıxış edən "Xudat City" və U-13 Liqası təmsilçisi "Şəmkir"in baş məşqçilərini 4 oyunluq diskvalifikasiya olunub.
AzVision.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsinin iclasında qərar qəbul edilib. "Xudat City" - "Siyəzən" oyununda ev sahiblərinin baş məşqçisi Mehran Vəlixanov qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyi üçün cəzalandırılıb. "Şəmkir"in baş məşqçisi Əli Əhmədov da eyni səbəbdən 4 oyunluq diskvalifikasiya edilib.

AFFA U-17 Liqasında çıxış edən iki futbolçunu isə 3 oyunluq cəzalandırıb. "European Football Academy"dən Elmixan Nəbizadə və "Sabah"dan İmran Mirzəyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün diskvalifikasiya olunublar.

AzVision.az



Teqlər:



Xəbər lenti