Orban Brüsseli məhkəmə ilə hədələyir

Orban Brüsseli məhkəmə ilə hədələyir
  14 Noyabr 2025    Oxunub:1059
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqının (Aİ) Rusiya qazından imtina qərarına görə Budapeşt Brüsseli məhkəməyə vermək niyyətindədir.
AzVision.az xəbər verir ki, Macarıstanın baş naziri yerli radioya müsahibəsində belə deyib.

“Brüsselin seçdiyi bu qanunsuz qərarı qəbul etmədiyimizə görə, biz Avropa Məhkəməsinə müraciət edirik. Rusiya qazından imtina Avropa dəyərlərinə ziddir”, - Viktor Orban vurğulayıb.

Xatırladaq ki, oktyabrın 20-də Aİ 2026-cı il yanvarın 1-dən etibarən Rusiya qazının idxalının mərhələli şəkildə dayandırılması təşəbbüsünü təsdiqləyib. Rusiyadan qaz alışına tam qadağanın 2028-ci il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Orban   Brüssel   məhkəmə  



Xəbər lenti