Qrip əleyhinə peyvənd həm fərdi sağlamlığın qorunmasına, həm də infeksiyanın cəmiyyətdə yayılmasının qarşısının alınmasına xidmət edir. Mütəxəssislər bildirirlər ki, vaxtında peyvənd olunmaqla həm xəstələnmə riski azalır, həm də toplumda virusun sürətlə yayılmasının qarşısı alınır.
Peyvənd olunmaq istəyən vətəndaşlar yaşadıqları ərazi üzrə uşaq və böyüklərə xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, qrip əleyhinə vaksinasiya könüllülük əsasında həyata keçirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


