Şavkat Mirziyoyev: "Azərbaycan ilə regionumuzun səsi daha əhəmiyyətli olacaq"

      Şavkat Mirziyoyev:    "Azərbaycan ilə regionumuzun səsi daha əhəmiyyətli olacaq"
  16 Noyabr 2025    Oxunub:1161
Prezident Şavkat Mirziyoyev: "Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq"
Həmrəyliyin gücləndirilməsi və birgə inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir.

Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya+Azərbaycan” formatında iclasında bildirib.

“Mərkəzi Asiya +” formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Şübhəsiz ki, Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq”, - deyə Özbəkistan Prezidenti vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti