ABŞ Çinə çatmaq və onu ötmək əzmindədir

   ABŞ Çinə çatmaq və onu ötmək əzmindədir
  17 Noyabr 2025    Oxunub:713
Birləşmiş Ştatlar pilotsuz təyyarələrin istehsalı sürətinə görə tezliklə Çini ötməyə ümid edir.
AzVision.az xəbər verir ki, "CNN" telekanalının efirində aparıcı ABŞ-nin Quru qoşunları naziri Deniel Driskolldan Vaşinqtonun yaxın 2-3 ildə Pentaqon üçün bir milyon pilotsuz təyyarə almaq planlarını şərh və bu sahədə Pekinlə rəqabəti qiymətləndirməyi xahiş edib.

Nazirin sözlərinə görə, son onilliklərdə Birləşmiş Ştatlar silah istehsalının tamamilə özəl şirkətlərə və ya Amerika hərbi-sənaye kompleksinin müəssisələrinin ixtiyarına buraxılması kimi “yanlış yanaşma” tətbiq edib.

“Pilotsuz təyyarələrlə bağlı biz fərqli yanaşma sərgiləyəcəyik. Çünki Ukraynaya baxsanız, onlar ildə 4 milyon pilotsuz uçan aparat istehsal edir, Çin isə, məncə, hər il 12-14 milyon pilotsuz təyyarə istehsal edir. Biz bir ölkə olaraq bu məsələdə özəl sektorun dəstəyini almalıyıq”, - Denil Driskoll vurğulayıb.

Nazir: “Ordu Trampın əmrini gözləyir”
O, bildirib ki, Quru qoşunları dronlar üçün komponentləri öz bazasında istehsal etmək niyyətindədir, özəl şirkətlər isə onları alacaq.

- Beləliklə, biz və özəl tərəfdaşlarımız pilotsuz təyyarələr istehsal edəcəyik. Biz inanılmaz tezliklə Çinə çatacaq və onu ötəcəyik”, - nazir iddia edib.

Yeri gəlmişkən, Deniel Driksoll bu müsahibədə ABŞ prezidentinin və Pentaqonun rəhbərinin müvafiq göstərişi əsasında, Quru qoşunların Venesuelaya girməsinə hazır olduğunu da diqqətə çatdırıb.

Xatırladaq ki, iyunun əvvəlində ABŞ prezidenti Donald Tramp Federal Aviasiya Administrasiyasına pilotsuz uçan aparatların (PUA) istehsalını və ixracını artırmaq üçün Amerika texnologiyalarının işlənib hazırlanmasını və sınaqdan keçirilməsini sürətləndirməyi əmr edən sərəncam imzalayıb.

“Pentaqonun rəhbəri Pit Heqset Rusiya və Çini geridə qoymağa çalışaraq pilotsuz təyyarələrin istehsalı və yerləşdirilməsinin sürətləndirilməsini tələb edib. Tramp isə dəfələrlə vurğulayıb ki, ABŞ ordusu Ukraynada dronlardan istifadə təcrübəsini öyrənir”, - iyul ayında “Fox News” telekanalı bildirmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Çin   PUA  



Xəbər lenti