Florian Zenqstşmid: "Çin-Azərbaycan turizm əlaqələri güclənir"

      Florian Zenqstşmid:    "Çin-Azərbaycan turizm əlaqələri güclənir"
  17 Noyabr 2025    Oxunub:848
"Çinin turizm bazarı Azərbaycanda mühüm yerə malikdir. Çindən Azərbaycana ziyarətə gələnlərin sayı ildən-ilə artır".
Bu sözləri Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən, Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən "Çin Ziyarətçiləri Sammiti"ndə (China Visitors Summit) Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid söyləyib. O vurğulayıb ki, Çin və Azərbaycan arasında viza rejiminin ləğvi iki ölkənin turizm ölkələri təkan verib.

"Beləliklə, həm Çindən Azərbaycana, həm də Azərbaycandan Çinə səfərə gedən turistlərin sayı artmağa başlayıb. Daha dəqiq desək, Çindən Azərbaycana gələnlərin sayı son bir il ərzində 50% artıb", – o deyib.

Florian Zenqstşmid bildirib ki, hazırkı sammitdə 51 tur operatoru, səyahət agentliyi iştirak edir, Azərbaycanın yeni səyahət paketləri və proqramları ilə tanış olur:

"Onların təkcə şəhərlər və turizm nöqtələri ilə yox, eyni zamanda, yerli turizm agentlikləri ilə tanışlığı üçün də şərait yaradılıb. Bu görüşlər sayəsində Azərbaycan və Çin arasında turizm mübadiləsi genişlənir. Hazırkı sammit də bu istiqamətdə mühüm rol oynamaqdadır".

AzVision.az


Teqlər: DTA   sammit  



Xəbər lenti