Çin səfiri: "Azərbaycanla əməkdaşlığımız genişlənir"

      Çin səfiri:    "Azərbaycanla əməkdaşlığımız genişlənir"
  17 Noyabr 2025    Oxunub:642
"Son illər Çin və Azərbaycan arasında diplomatik münasibətlər, o cümlədən ticarətdə və başqa sahələrdə əməkdaşlıq dinamik şəkildə irəliləyir".
Bu sözləri Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən, Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən "Çin Ziyarətçiləri Sammiti"ndə (China Visitors Summit) Çinin Azərbaycandakı səfiri Lu Mey deyib. O xatırladıb ki, cari ildə Prezident İlham Əliyev Çinə səfər edib, ikitərəfli əməkdaşlıq çərçivəsində bir sıra sahədə müştərək sənədlər imzalanıb:

"Turizm sahəsində əlaqələrin möhkəmlənməsi məqsədilə bu ilin aprelində hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb. Qarşılıqlı vizasız səyahət imkanı sayəsində Çin Azərbaycan turistləri üçün maraq doğuran səyahət istiqamətə çevrilib".

Səfir bildirib ki, 2024-cü il ərzində Çindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı 2023-cü il ərzində səyahət edənlərlə müqayisədə 94% artaraq 44 798 nəfərə çatıb:

"2025-ci ilin yanvar-oktyabr ayları ərzində Çindən Azərbaycana səyahət edən xarici vətəndaşların sayı isə 57 000 nəfərdən çox olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 49% artım deməkdir".

Xanım Lu Meyin sözlərinə görə, son iki ildə Çinlə turizm əməkdaşlığını genişləndirmək məqsədilə genişmiqyaslı təbliğat və tanıtım tədbirləri həyata keçirilib.

AzVision.az


Teqlər: DTA   sammit  



Xəbər lenti