Məmdani Trampa təzimə gedir?

Məmdani Trampa təzimə gedir?
  17 Noyabr 2025    Oxunub:699
Nyu-York şəhərinin yeni meri Zöhran Məmdani mənimlə Vaşinqtonda görüşmək istəyir.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun yeni meri deçokrat Məmdanini dəfələrlə kommunist adlandıran və seçkilərdə vətəndaşları onun rəqibi müstəqil siyasətçi Endryu Kuomonu dəstəkləməyə çağıran ABŞ prezidenti Donald Tramp belə deyib.

“Mən deyərdim ki, Nyu-Yorkun meri bizimlə görüşmək istərdi və biz nə barədəsə razılaşacağıq. O, Vaşinqtona gəlib görüşmək istəyir. Biz nəyisə razılaşdıracağıq”, - Donald Tramp Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo malikanəsindən Vaşinqtona uçmazdan əvvəl jurnalistlərlə söhbəti zamanı bildirib.

İsrailli nazir yəhudiləri Nyu-Yorkdan çıxmağa çağırıb
Xatırladaq ki, Nyu-York meri seçkiləri noyabrın 4-də baş tutub. Tramp ondan əvvəl sakinləri müstəqil namizəd Endryu Kuomonu dəstəkləməyə çağırıb və “kommunist” Məmdaninin qalib gəldiyi təqdirdə şəhərə federal maliyyənin kəsilə biləcəyi barədə xəbərdarlıq edib. Məmdani özü siyasi baxışlarını “demokratik sosialist” kimi xarakterizə edir.

Noyabrın 5-də isə, “Fox News” telekanalına müsahibəsində Ağ Evin rəhbəri bildirib ki, təmasların başlanmasına seçilmiş mer təşəbbüs göstərməlidir. Tarmp Nyu-Yorka isti münasibətinə sadiq qaldığını və yeni merin işində uğur qazanmasını görmək istədiyinin deyib. Bununla belə, Donald Tramp Məmdaninin Amerika administrasiyasına hörmət göstərməli olduğunu vurğulayıb.

Yeri gəlmişkən, İsrailin Diaspor İşləri və Antisemitizmlə Mübarizə naziri Amihay Şikli müsəlman Zöhran Məmdaninin qələbəsindən sonra yəhudiləri Nyu-York şəhərini tərk etməyə çağırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Məmdani   görüş  



Xəbər lenti