Alman polisi 12 yaşlı qızı güllələyib

   Alman polisi 12 yaşlı qızı güllələyib
  17 Noyabr 2025    Oxunub:634
Almaniyanın Essen şəhərində Almaniya-Serbiya ikili vətəndaşlığına malik 12 yaşlı, eşitmə qüsurlu qız bıçaqla polislərə hücum çəkib.
Almaniya mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, anasından (bildirilir ki, o da eşitmə qüsurludur) alınaraq dövlət himayəsinə götürülən qız sosial xidmət müəssisəsindən qaçaraq evinə qayıdıb. Polis onu yenidən müəssisəyə aparmaq üçün gecəyarı radələrində həmin ünvana gedib. Qız da, anası da eşitmədikləri üçün polis nəfərləri qapını çilingərin köməyi ilə açıblar.

Yeniyetmə onları hər iki əlində bıçaqla qarşılayıb, üstlərinə hücum çəkib. Nəticədə polis nəfərlərindən biri qızı güllələmək məcburiyyətində qalıb.

Hazırda qızın xəstəxanaya yerləşdirildiyi, hadisə ilə əlaqədar prokurorluqda təhqiqat aparıldığı diqqətə çatdırılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   polis   yeniyetmə   güllələmə  



Xəbər lenti