Yadigar Muradov vəfat edib

   Yadigar Muradov vəfat edib
  18 Noyabr 2025    Oxunub:761
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə teatrın sosial media hesabında paylaşım edilib. Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.

Əməkdar artist Yadigar Muradov ilə vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək. Vida mərasimi saat 12:00-da baş tutacaq. Daha sonra onun nəşi torpağa tapşırılmaq üçün Badamdar qəbiristanlığına aparılacaq

Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-ü xəstəxanaya yerləşdirilmişdi.

AzVision.az


Teqlər:



Xəbər lenti