Evdən 70 min manat və qızıl oğurlayan şəxs saxlanılıb
Araşdırmalarla həmin şəxsin ev sahibinin mənzildə olmadığından istifadə edərək içəri daxil olduğu və seyfi oğurladığı məlum olub. Hadisə zamanı saxlanılan şəxsin cinayətin baş verdiyi ünvana gəliş-gedişi təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


