Pxenyan “nüvə dominosu” effektindən qorxur
“Cənubi Koreyanın “müstəqil nüvə silahı” yoluna qədəm qoyması üçün əsas kimi nüvə sualtı qayığına sahib olması istər-istəməz regionda “nüvə dominosu effekti”ni və daha ciddi silahlanma yarışına start verəcək”, - məlumatda vurğulanır.
Agentlik bildirir ki, ABŞ və Cənubi Koreyanın “qarşıdurma niyyətləri” ilə bağlı Pxenyan “daha uyğun, real və cavab tədbirləri görəcək”.
- İki ölkə arasındakı razılaşma təkcə Koreya yarımadasında deyil, Asiya-Sakit okean regionunda da hərbi təhlükəsizlik vəziyyətini qeyri-sabitləşdirən və qlobal miqyasda nəzarətsiz nüvə vəziyyətinə səbəb olan ciddi vəziyyətdir”, - Şimali Koreya qeyd edir.
Xatırladaq ki, keçən həftə Cənubi Koreya prezidenti Li Çje Myon sualtı qayıqların inşası planları da daxil olmaqla, ABŞ ilə təhlükəsizlik və ticarət sazişi imzaladığını açıqlayıb. Vaşinqton həmçinin Seula uranın zənginləşdirilməsi və işlənmiş nüvə yanacağının təkrar emalına icazə verilməsini dəstəkləyib.
ABŞ prezidenti Donald Trampın Cənubi Koreyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqların inşasına və istismarına verdiyi dəstək Şərqi Asiya regionunda narahatlıq yaradıb.
Oktyabrın 29-da Cənubi Koryea prezidenti ilə danışıqlardan sonra Amerika lideri Donald Tramp Seulun ilk atom sualtı gəmisinin “Filadelfiya tərsanələrində” inşa ediləcəyini açıqlayıb. Hazırda Cənubi Koreya Hərbi Dəniz qüvvələri yalnız dizel və elektrik sualtı qayıqlarına malikdir.
Hazırda yalnız altı ölkə nüvə enerjisi ilə işləyən sualtı qayıqlardan istifadə edir: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Hindistan. Bir neçə başqa ölkə hələ də belə sualtı qayıqlar hazırlayır. Digərləri ilə yanaşı, Şimali Koreya rəsmiləri də bunu bəyan ediblər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


