Saytlarda yaranan problemin səbəbi nədir? - Mütəxəssis açıqladı
Onun sözlərinə görə, "Cloudflare" servisini istifadə edən saytlar trafiki bu platforma üzərindən yönləndirdiyi üçün çökmələr baş verib:
“"Cloudflare" beynəlxalq miqyasda etibarlı, güclü, DDOS hücumlarına qarşı qoruma təklif edən, “content delivery network” və DNS təminatçısı kimi tanınır. Bu çöküşdən əsasən saytlarını DDOS hücumlarından qorumaq və sürət, təhlükəsizlik qazanmaq üçün "Cloudflare" istifadə edən resurslar təsirlənib”.
Mütəxəssis qeyd edib ki, dövlət saytları (gov .az) yaranan problemdən təsirlənməyib:
“Bu domen zonasında yerləşən kritik informasiya sistemləri lokal qoruma mexanizmlərindən istifadə edir və trafiki xaricə ötürmədikləri üçün bu tip qlobal nasazlıqlardan təsirlənmirlər”.
O, "Cloudflare"in çökməsinin səbəbini belə izah edib:
“"Cloudflare" servisində “gözlənilməz trafik artımı” qeydə alınıb. Şirkət bunu “spike in unusual traffic”, yəni anormal trafik sıçrayışı kimi təsvir edib. Bu, şəbəkə daxilində yükün balanssızlaşmasına və trafikdə genişmiqyaslı xətalara səbəb olub”
Mütəxəssis vurğulayıb ki, "Cloudflare" qlobal internet infrastrukturunda əsas rollardan birini oynayır və internet trafikinin təxminən 20 %-i onun üzərindən keçir. Buna görə də yaranan nasazlıq dünyanın bir çox saytında eyni anda problemə gətirib çıxarıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


