Londondan Moskvaya xəbərdarlıq: “Biz hazırıq”

   Londondan Moskvaya xəbərdarlıq:    “Biz hazırıq”
  19 Noyabr 2025    Oxunub:669
Böyük Britaniya Şotlandiya sahillərində sualtı infrastruktura dair kəşfiyyat məlumatları topladığı güman edilən rus casus gəmisini diqqətlə izləyir.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə naziri Con Hili sualtı infrastruktur haqqında məlumat toplaya bilən Şotlandiya sahillərindəki Rusiya gəmisinin olduğunu və onun lazımi dərəcədə izləndiyini bildirib.

“Rusiyanın “Kəhraba” casus gəmisi Şotlandiyanın şimalında Böyük Britaniya sularının sərhədində yerləşir. Bir neçə həftə əvvəl bölgəyə daxil olmuş bu gəmi kəşfiyyat məlumatları toplamaq və dənizaltı kabellərimizin xəritəsini çəkmək üçün nəzərdə tutulub”, - Con Hili deyib.

Onun sözlərinə görə, Rusiya gəmisinin hər bir hərəkətini izləmək və izləmək üçün Kral Hərbi Dəniz qüvvələrinin freqatı və Kral Hərbi Hava hüvvələrinin təyyarələri həmin zonaya göndərilib. Bu zaman “Kəhraba” gəmisi britaniyalı pilotlara lazerlər yönəldib.

- Rusiyanın bu hərəkətləri son dərəcə təhlükəlidir, “Kəhraba” gəmisi isə bu il ikinci dəfədir ki, Britaniya sularına daxil olur. Ona görə də mənim Rusiyaya və Putinə mesajım belədir: sizi görürük, nə etdiyinizi bilirik və “Kəhraba” bu həftə cənuba doğru hərəkət edərsə, biz hazırıq”, - Böyük Britaniyanın Müdafiə naziri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: London   Moskva   xəbərdarlıq  



Xəbər lenti