Rusların Suriyaya gizli səfəri

   Rusların Suriyaya gizli səfəri
  20 Noyabr 2025    Oxunub:831
Rusiyanın yüksək səviyyəli nümayəndə heyəti görünməmiş təhlükəsizlik tədbirləri şəraitində Suriyadakı Xmeymim aviabazasına və Dəməşq Beynəlxalq Hava limanına baş çəkib.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Suriya İnsan Haqları Müşahidə qrupunun (The Syrian Observatory for Human Rights - SOHR) məlumatına görə, Rusiya nümayəndə heyətini daşıyan “Tu-154V-2” təyyarəsi Xmeymim aviabazasına eniş edib. Enişi Rusiyanın “Su-35” qırıcısı və “Ka-52” hücum helikopterləri müşayiət edib.

Nümayəndə heyəti bir neçə saat ərzində bazaya baxış turu keçirib, bundan sonra təyyarə “Su-34”, “Su-35” və “Mi-17” helikopterlərinin müşayiəti ilə yenidən havaya qalxıb.

Ekspertlərin fikrincə, bu səfər Rusiyanın bölgədəki bazalarında əməliyyatların intensivləşməsi fonunda Rusiya qoşunlarının və təyyarələrinin Suriyada açıqlanmayan yerdəyişməsinin bir hissəsidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Suriya   səfər  



Xəbər lenti