Azərkosmosun Coğrafi İnformasiya Sistemləri və Yerin müşahidəsi qabiliyyətlərinin kosmik iqtisadiyyat üçün yaratdığı dəyər vurğulanıb. FarmerApp, Platerra, Milli CİS platforması və iqlim analitikası kimi həllərin kənd təsərrüfatı, ekologiya, şəhərsalma və digər sahələrdə peyk məlumatlarının tətbiqini genişləndirdiyi qeyd edilib.
Təqdimat zamanı Azərkosmosun strateji hədəflərindən biri olan insan kapitalının inkişafı, bu məqsədlə yaradılan KOSMİK Akademiyanın proqramları və bu təşəbbüslərin gənclərin kosmik texnologiyalar üzrə bilik və bacarıqlarının artırılmasına verdiyi töhfələr haqqında da məlumat verilib.
Forum çərçivəsində Azərkosmos və Filippin Kosmik Agentliyi (PhilSA) arasında ikitərəfli görüş keçirilib. Tərəflər peyk rabitəsi, Yer müşahidəsi tətbiqləri, insan kapitalının inkişafı və Asiya-Sakit Okean regionu üzrə birgə kosmik təşəbbüslər sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib, həmçinin gələcəkdə qarşılıqlı texniki missiyaların təşkili imkanları barədə fikir mübadiləsi aparıblar.







Vaxtında, Aydın, Lazımlı!


