Yasamalda binada yanğın I 3sakin ölüb, 26 nəfər zəhərlənib

 Yasamalda binada yanğın  I 3sakin ölüb, 26 nəfər zəhərlənib
  22 Noyabr 2025    Oxunub:582
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində zəhərlənənlərin kimliyi məlum olub.
Yanğın zamanı 26 nəfərdən 19-u - Qudiyev Altay Fərrux oğlu (2021-ci il təvəllüdlü), Məmmədova Amelya Zaur qızı (2025), Məmmədova Elmira Aslan qızı (1966), Məmmədova Fatimə Elçin qızı (1994), Qasımov Həsən Rüstəm oğlu (1991), Bünyatov Nurlan Eldəniz oğlu (1995), Ələsgərov Rəşad Arzu oğlu (1988), Məhəmmədov Samir Kamal oğlu (1984), Misqasımova Səbahxanım Məhərrəm (1990), Mirqasımova Səma Emin qızı (2021), Muxtarova Təranə Qəribağa qızı (1959), Quliyev Vilayət Ədalət oğlu (1998), Məmmədov Zaur Emil oğlu (1988), Bayramlı Zəhra Xəqani qızı (2017), Babaxanova Səidə Anar qızı (2004), Babaxanov Vüqar Anar oğlu (2009), Məmmədov Kənan Hüseyn oğlu (1987), Əliyev Hüseynəli Malik oğlu (2001), Abdullayeva Leyla (7 aylıq) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən evə buraxılıb.

Hazırda 7 nəfərin - Qəmbərli Leyli Əli qızının (2015), Məhəmməd Mikayıl Samir oğlunun (2021), Bəşirov Elçin İbrahim oğlunun (1987), Qəmbərova Rəna Vüqar qızının (1990), Məhəmmədova Marta Rinatovnanın (1986), Qulamova Ləman Rəşid (2000), Məhəmməd Daniel Samir oğlunun müalicələri Toksikologiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər.

Yanğın ötən gün axşam saat saatlarında baş verib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

AzVision.az



Teqlər:



Xəbər lenti