Makron: ABŞ-nin Ukrayna ilə bağlı planı Aİ ilə razılaşdırılmalıdır

      Makron:    ABŞ-nin Ukrayna ilə bağlı planı Aİ ilə razılaşdırılmalıdır
  22 Noyabr 2025    Oxunub:1001
Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinin Avropa İttifaqının ölkələrinin razılığı olmadan ABŞ-nin təklifi əsasında həllinin mümkün olmadığını bildirib.
AzVision.az xəbər verir ki, o, bunu jurnalistlərə Yohannesburqda keçirilən G20 sammiti çərçivəsində deyib. Onun sözlərinə görə, ABŞ-nin Ukrayna ilə bağlı təklif etdiyi plan Aİ ilə razılaşdırılmalıdır

“Bu plan hələ avropalılarla razılaşdırılmayıb və o, avropalılara təsir edən bir çox müddəaları ehtiva edir. Dondurulmuş aktivlər Avropanın əlindədir, Ukraynanın Avropaya inteqrasiyası Avropanın əlindədir, NATO-nun gördüyü işlər isə NATO üzvlərinin əlindədir. Buna görə də çox şeylər var ki, onlar geniş koordinasiya tələb edir”, - Makron bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti