Tramp bu həftə Zelenski ilə görüşə bilər

   Tramp bu həftə Zelenski ilə görüşə bilər
  24 Noyabr 2025    Oxunub:957
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin həllinin müzakirəsi üçün bu həftə ABŞ-yə səfər edə bilər.
AzVision.az xəbər verir ki, amerikalı və ukraynalı mənbələrə istinad edən “CBS” telekanalı belə məlumat yayıb.

“Zelenskinin səfəri noyabrın 23-də Cenevrədə Ukrayna, Avropa İttifaqı (Aİ) və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən sülh danışıqlarının nəticələrindən asılı olacaq. Məsləhətləşmələrdən sonra Dövlət katibi Marko Rubio görüşü bu günə qədər “ən məhsuldar” adlandırıb və Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı ehtimalını gündəmə gətirib”, - xəbərdə deyilir.

Marko Rubio bir daha xatırladıb ki, Birləşmiş Ştatlar sülh planı üzrə razılaşmanın mümkün qədər tez, daha yaxşısı, noyabrın 27-də əldə olunmasını gözləyir.

- Amerika və Avropa tərəfləri münaqişənin həlli ilə bağlı sənədin öz versiyalarını təqdim ediblər: ABŞ planına 28, Aİ planına isə 24 bənd daxildir, bəzi müddəalar əhəmiyyətli dərəcədə fərqlidir”, - Böyük Britaniyanın “The Telegraph” qəzeti, öz növbəsində, yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Zelenski   görüş  



Xəbər lenti