Pekin-Tokio gərginliyi zooparklara da təsir edə bilər

Pekin-Tokio gərginliyi zooparklara da təsir edə bilər
  24 Noyabr 2025    Oxunub:987
Yaponiyanın baş nazir Sanae Takaitinin Tayvandakı vəziyyətlə bağlı şərhindən sonra Çinlə münasibətlərin pisləşməsi səbəbindən Tokio zooparklardakı pandaları itirmək təhlükəsi ilə üzləşib.
AzVision.az Yaponiyanın “Kyodo” agentliyinə istinadən xəbər verir ki, Tokio zooparkında hazırda “Syao Syao” və “Ley Ley” adlı iki nəhəng panda yaşayır, lakin müqavilənin müddəti 2026-cı ilin fevralında başa çatır.

Bu pandalar sözügedən növün Yaponiyadakı yeganə nümayəndələridir və müqavilənin müddəti bitdikdən sonra onların Çinə qaytarılması nəzərdə tutulur.

“Pandaların ölkədən aparıla biləcəyindən ehtiyatlanan zooparkın işçiləri və ziyarətçiləri artan siyasi gərginlikdən narahat olduqlarını bildirirlər”, - agentlik yazır.

Çin Yaponiya ilə savaşa hazırdır
Yaponiya-Çin Dostluq Assosiasiyasının rəhbəri Yukinori Ekomi pandaların ölkələr arasında sülhün simvolu olduğunu vurğulayaraq, heyvan mübadiləsinə xələl gətirmədən vəziyyətin həll olunacağına ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Yaponiyanın baş naziri Sanae Takaiti Tayvanla bağlı böhranın Yaponiyaüçün ekzistensial təhlükə yarada və Yaponiyanı kollektiv özünümüdafiə hüququndan istifadəyə məcbur edə biləcəyini demişdi.

Pekin bunu Takaitinin Çinin daxili işlərinə “kobud şəkildə” müdaxilə kimi qiymətləndirib. Gərginliyin artması fonunda bəzi yapon filmlərinin ölkədə nümayişini dayandıran Çin və öz vətəndaşlarına Yaponiyaya getməmək barədə xəbərdarlıq edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çin   Yaponiya   zooparklar  



Xəbər lenti