Ərdoğan və Putinin danışığı gözlənilir

   Ərdoğan və Putinin danışığı gözlənilir
  24 Noyabr 2025    Oxunub:955
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu gün telefon danışığının baş tutacağı gözlənilir.
Türkiyə mətbuatının rəsmi mənbələrə istinadən yaydığı məlumata əsasən, tərəflər telefon söhbətində Rusiya-Ukrayna müharibəsinin cari vəziyyəti, müharibənin başa çatdırılması istiqamətində atılan addımları qiymətləndirəcəklər. Eyni zamanda, taxıl dəhlizinin bərpası barədə müzakirə aparacaqlar.

Xatırladaq ki, keçən həftə Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Ankaraya səfərə gedərək türkiyəli həmkarı ilə görüşüb. Ötən aylarda isə Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərində bir neçə mərhələdə danışıqları baş tutmuşdu.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Rusiya   prezident   danışıq  



Xəbər lenti