Hindistandan qanunsuz yolla dərman gətirilməsinin qarşısı alınıb

Hindistandan qanunsuz yolla dərman gətirilməsinin qarşısı alınıb
  24 Noyabr 2025    Oxunub:928
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə AzVision.az -a komitədən məlumat verilib.

Bildirilib ki, Dehli-Bakı aviareysi ilə gələn iki nəfər xarici ölkə vətəndaşı gömrük yoxlamasına cəlb edilib, hər iki şəxsin baqaj və əl çantalarına baxış zamanı gömrük orqanına bəyan edilməyən, ümumilikdə 72 ədəd onkoloji dərman vasitələri aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti