ABŞ İsrail üçün raketlərin istehsalına başlayır
Obyektin tikintisi 2023-cü ilin sonundan gedir, hər iki şirkət buna artıq 33 milyon dollar sərmayə qoyub. ABŞ-nin İsrailə ayırdığı vəsaitlər çərçivisində Təl-Əviv hava hücumu hədəflərini tutan raketlərin istehsalı üçün Vaşinqtona 1,25 milyard dollarlıq sifariş verib.
Bundan əvvəl İsrailin Müdafiə nazirliyi yeni “Tamir” zenit-raket komplekslərinin (ZRK) tədarükü üçün “Rafael” şirkəti ilə “çox milyard dollarlıq müqavilə” bağladığını açıqlamışdı.
“İmzalanmış müqavilə ölkənin HHM imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək və milli təhlükəsizliyə qarşı təhdidlərə effektiv mübarizə aparmağa imkan verəcək”, - İsrailin Müdafiə naziri İsrael Kats vurğulayıb.
“Dəmir Qübbə” sistemi üçün raketlərin istehsalı 2024-cü ilin aprelində Konqres tərəfindən qəbul edilmiş 8,7 milyard dollarlıq ABŞ yardım paketi ilə maliyyələşdirilir. Bu paketə xüsusi olaraq HHM vasitələri üçün ayrılmış 5,2 milyard dollar daxildir.
Müqavilənin imzalanması İsrail Müdafiə nazirliyinin Təl-Əvivdəki qərargahında ABŞ-nin müdafiə attaşesi general-mayor Aaron Dreyklə İsrailin aparıcı müdafiə rəsmilərinin iştirakı ilə baş tutub.
Yeni zavod ölkələr arasında strateji əməkdaşlığı gücləndirir və “Dəmir Qübbə” sisteminin əsas komponentlərinin etibarlı istehsalını təmin edir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


