NYT: “ABŞ Avropadan “öhdəlik sazişi” tələb edir”

      NYT:    “ABŞ Avropadan  “öhdəlik sazişi” tələb edir”
  24 Noyabr 2025    Oxunub:1185
ABŞ administrasiyası Avropa İttifaqı (Aİ) ilə ticarət sazişlərinin növbəti mərhələsinə keçmək və onunla “məcburi yazılı saziş” bağlamaq niyyətindədir.
AzVision.az xəbər verir ki, Ağ Evin təmsilçisinə istinad edən “The New York Times (NYT)” nəşrinin məlumatına görə, ABŞ rəqəmsal xidmətlərə vergilər, Amerika şirkətlərinə qarşı ayrı-seçkilik və dərman qiymətləri daxil olmaqla, indiyədək həllini tapmamış məsələləri çözmək fikrindədir.

“Avropanın tariflərin daha da azaldılması tələbləri danışıqların hazırkı vəziyyəti ilə uzlaşmır. Bu ondan xəbər verir ki, iyulda tərəflərin razılaşdığı çərçivə şərtlərinə əsasən ABŞ tarifləri azaltmağa davam etməzdən əvvəl Aİ onları tam şəkildə yerinə yetirilməli idi”, - qəzet amerikalı məmurdan sitat gətirir.

Bundan əvvəl Avropa Komissiyası (AK) noyabrın 24-də Aİ nazirləri ilə görüş zamanı Brüsselin ABŞ rüsumlarından azad olunmasını istədiyi malların siyahısını Ağ Ev administrasiyasının rəsmilərinə təqdim etməyi planlaşdırdığını açıqlamışdı.

AK sədri: “Moskva və Pekin bayram edəcəkdilər”
Siyahıya tibbi cihazlar, şərab, spirtli içkilər, pivə və makaron daxildir. Bu məhsullar Aİ ilə ABŞ arasında iyulda əldə edilmiş ticarət razılaşmasına daxil deyil.

Xatırladaq ki, iyulun 27-də AK-nin sədri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən etibarən Avropadan ABŞ-yə ixrac olunan məhsulların təxminən 75%-nə qoyulan tariflərin əvvəllər nəzərdə utulan 30%-lik rüsumdan 15%-ə endirilməsi ilə bağlı razılığa gəliblər. Həmçinin, Aİ ABŞ mallarına rüsum tətbiq etməyəcəyinə söz verib.

Bundan başqa, AK Rusiyanın enerji resurslarının alınmasını tamamilə dayandıracağını, qarşıdakı 3 ildə ABŞ-dən 750 milyard dollar dəyərində neft, qaz, nüvə avadanlığı və yanacaq alacağını, habelə Amerika iqtisadiyyatına 600 milyard dollar sərmayə qoyacağını vəd edib.

Maraqlıdır ki, Vaşinqtonun Aİ-dən sözügedən müqavilənin yerinə yetirilməsi ilə bağlı “məcburi yazılı saziş” imzalamaq tələbi Avropanın aparıcı ölkələrinin Donald Trampın Ukrayna üzrə “sülh palnı” nın əsas müddəalarının yolverilməz olduğu barədə bəyanatları fonunda gündəmə gəlib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   AK   tələb  



Xəbər lenti