Bakıda evdə yanğın olub, iki nəfər xəsarət alıb I VİDEO

Bakıda evdə yanğın olub, iki nəfər xəsarət alıb    I VİDEO
  25 Noyabr 2025    Oxunub:409
Bakıda evdə yanğın olub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, 2-ci Şimal küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.



Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 900kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına, o cümlədən bitişik tikilən evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 320kv.m. sahədə yanıb. 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti