“Biz bu danışıqlarda iştirak etmirik. Biz danışıqlara girməyə çalışırıq, lakin hazırda amerikalılar bundan imtina edirlər. Avropa rəsmilər “strukturlaşdırılmış yanaşma” istəyərdilər. Belədə diplomatlar bir yerdə oturaraq, bir araya toplaşaraq “ChatGPT”-də yazılan kimi yox, diplomatiya kimi səslənən nəsə yarada bilərdilər”, - avropalı diplomat deyib.
|
| Ağ Ev: “Kiyev Vaşinqtonun planı ilə razılaşıb” |
- ABŞ-nin təklif etdiyi plan düzgün istiqamətdə, sülhə doğru addımdır. Bununla belə, orada müzakirə olunmalı və təkmilləşdirilməli elementlər var. Planın əsasında ABŞ-nin Rusiya ilə danışıqlar nəticəsində yenidən sülhə nail olmaq cəhdi dayanır. Amma Ukraynanın ərazi, dil, konstitusiya və sairlə bağlı hansı dəyişikliklərə getməyə hazır olduğunu bildirməlidir”, - Makron deyib.
Xatırladaq ki, noyabrın 23-də ABŞ və Ukrayna nümayəndələri Cenevrədə Vaşinqtonun “sülh planı” ilə bağlı məsləhətləşmələr aparıblar. Ağ Ev bu danışıqlardan sonra Kiyevin Vaşinqtonun “sülh planı” ilə razılaşdığını açıqlayıb.
“CBS News” telekanalı isə, ABŞ-nin Ordu naziri Deniel Driskollun Vaşinqtonun “sülh planı”nı müzakirə etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə artıq Rusiya nümayəndələri ilə görüşdüyü barədə məlumat yayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


