Politico: “Rubio Kallasla görüşdən imtina edib”

      Politico:    “Rubio Kallasla görüşdən imtina edib”
  25 Noyabr 2025    Oxunub:1002
ABŞ-nin Dövlət katibi Marko Rubio Ukraynada “sülh planı” ətrafında müzakirələrin qızğın vaxtında Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşməyib.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico” nəşrinin məlumatına görə, Kaya Kallasın
ABŞ prezidenti Donald Tramp administrasiyası ilə münasibətləri çətinləşdirməsi səbəbindən Marko Rubio onunla ikitərəfli görüşlərdən imtina edib.

“Kallas Tramp administrasiyası ilə mürəkkəb münasibətlərinə görə bəzən diqqət mərkəzindən kənarda qalır. Hətta Cenevrədəki danışqılarda Trampın Ukrayna üzrə planının gedişatını dəyişən və onun komandasının ən avropapərəst üzvü Rubio da Kallasla ikitərəfli görüşlər keçirməkdən imtina edir”, - qəzetdə dərc olunan materialda vurğulanır.

WP: “ABŞ Avropanı “ofsayd”da saxlayır”
Nəşrin mənbələrindən birinin sözlərinə görə, bununla belə, pərdə arxasında Aİ dövlətlərini birləşdirən Kaya Kallas “pis polis” rolunu oynayır.

Avropa ölkələri Ukrayna böhranı ilə bağlı ABŞ-nin təkliflərindən əhəmiyyətli dərəcədə fərqlənən öz həll yolları barədə təkliflərini verməkdə davam edirlər. Lakin Marko Rubio Kiyevlə danışıqlarda hazırda Avropanın təkliflərinin nəzərdən keçirilmədiyini iddia edib.

Qərb mediası da bundan əvvəl Avropanın faktiki olaraq əsas danışıqlarda iştirak etmədiyini yazmışdı.

Avropalı diplomatlardan ibir isə, Vaşinqtonun sözügedən məsələ ilə bağlı hazırkı mərhələdə Aİ-ni “oyundan kənar vəziyyət”də saxladığını vurğulayıb.

Yeri gəlmişkən, “Bloomberg” agentliyi ABŞ-Ukrayna danışıqları nəticəsində Vaşinqtonun “slüh planın”da aparılan düzəlişlərdən Moskvanın məyus olduğunu diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rubio   Kallas   imtina  



Xəbər lenti