Nazir: "Nəqliyyat sahəsi Azərbaycan üçün strateji əhəmiyyətlidir"

   Nazir:    "Nəqliyyat sahəsi Azərbaycan üçün strateji əhəmiyyətlidir"
  26 Noyabr 2025    Oxunub:1144
"Nəqliyyat sahəsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və ölkə tərəfdaşları ilə birlikdə ümumi nəqliyyat siyasətini inkişaf etdirir".
AzVision.az xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının ikinci günündə söyləyib. O bildirib ki, son illərdə regional qarşılıqlı əlaqədə dəmir yolu nəqliyyatının rolu əhəmiyyətli dərəcədə artıb:

"İnfrastrukturun müasirləşdirilməsi, nəqliyyat imkanlarının genişləndirilməsi və tarif siyasətinin optimallaşdırılması ölkələrimizin daha dərin inteqrasiyasının əsas elementlərinə çevrilib. Dövlət tərəfdaşları ilə ümumi nəqliyyat siyasətini mütəmadi inkişaf etdirir, logistika zəncirimizin konkret qabiliyyətini gücləndirir, yeni marşrutlar yaradırıq".

AzVision.az


Teqlər: nəqliyyat  



Xəbər lenti