Argentina Qrossini BMT-nin Baş katibi görmək istəyir

   Argentina Qrossini BMT-nin Baş katibi görmək istəyir
  27 Noyabr 2025    Oxunub:892
Argentina Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossini BMT-nin Baş katibi vəzifəsinə namizəd göstərib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlik Qrossini “parlaq karyeraya malik, beynəlxalq münasibətlər sahəsində dərin biliyi olan təcrübəli diplomat” kimi xarakterizə edib.

XİN həmçinin, onun iki dəfə ardıcıl olaraq BAEA-nın baş direktoru seçilməsini yüksək liderlik keyfiyyətlərinin göstəricisi kimi dəyərləndirib.

Qeyd edək ki, argentinalı diplomat car ilin əvvəlində BMT-nin baş katibi postuna namizədliyini irəli sürmək niyyətini təsdiqləyib.

AzVision.az


Teqlər:



Xəbər lenti