Honkonqda güclü yanğın I 44 nəfər ölüb

   Honkonqda güclü yanğın    I 44 nəfər ölüb
  27 Noyabr 2025    Oxunub:776
Honkonqda səkkizbloklu binadan ibarət “Van Fuk Kort” yaşayış kompleksində davam edən yanğında biri yanğınsöndürən olmaqla 44 nəfər ölüb.
AzVision.az xəbər verir ki, yanğın ötən gün 1900 mənzilli binanın üzlüyünün yenilənməsi zamanı baş verib. Bambuk materialdan hazırlanan ayaqaltılardan başlayan alov qısa müddətdə genişlənib.

Yanğında 29 nəfər xəsarət alıb, 279 nəfərin taleyi isə məlum deyil. Yaşayış kompleksində 4 minədək insan yaşayır.

AzVision.az


Teqlər:



Xəbər lenti