KTMT Bakı-İrəvan sülh müqaviləsini dəstəkləyir

   KTMT Bakı-İrəvan sülh müqaviləsini dəstəkləyir
  27 Noyabr 2025    Oxunub:922
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına dəstək verdiyini diqqətə çatdırıb.
Bu barədə KTMT-yə üzv ölkələrin Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən sammitində bildirilib. Təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının müvafiq bəyannaməsində vurğulanıb ki, Bakı və İrəvan arasında aparılan fəal dialoq məmnuniyyətlə qarşılanır:

"Tərəflər arasında münasibətlərin tamamilə normallaşmasını, tezliklə qeyd-şərtsiz sülh müqaviləsinin imzalanmasını dəstəkləyirik".
Paşinyan: "Sülhün qayğısına qalmalıyıq"

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sazişi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   KTMT   Azərbaycan   Ermənistan   sülh   bəyannamə   dəstək  



Xəbər lenti