Zəngəzur Parkında məskunlaşan bəbirlər I FOTO

 Zəngəzur Parkında məskunlaşan bəbirlər    I FOTO
  27 Noyabr 2025    Oxunub:900
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan bəbirlərin görüntüsü paylaşıb.
Paylaşımda deyilir: "Zəngəzur Milli Parkındakı digər ana bəbir də 2 bala böyüyür. Onun adını əməkdaşlarımız Qəmzə qoyublar.

İzləyicilərimiz tez-tez yazırlar ki, niyə bu qədər materialla biz heyvanların həyatından sənədli film çəkmirik. Bildirmək istərdik ki, bizim hazırkı proqramımıza populyasiyaların monitorinqi, dinamikasının izlənilməsi, vəziyyətin analizi və onun əsasında doğru qərarların verilməsi daxildir.

Hazırda ərazidə 120-dən artıq kameramız çalışır və bu illər ərzində yüz minlərlə foto və videokadrımız toplanmışdır. Bu sahədə tədqiqat aparmaq istəyən magistr və doktorantlara dəstək olmağa hazırıq".

AzVision.az


Teqlər:



Xəbər lenti