Kartları insanlardan alıb, qumarbazlara satdılar I VİDEO
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar. Daha sonra həmin kartlar cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsəsən “telegram” sosial şəbəkəsində ölkə xaricindən idarə olunan qanunsuz onlayn qumar təşkil edən şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri yüzlərlə bank kartının bu və digər kibercinayətlərdə istifadə edildiyi aşkarlanıb.
Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, əgər bank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə olunur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


