Esmira İsmayılova: "İcbari sığortalı xəstələrin bütün ehtiyacları qarşılanır"

 Esmira İsmayılova:  "İcbari sığortalı xəstələrin  bütün ehtiyacları qarşılanır"
  28 Noyabr 2025    Oxunub:1619
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının 60 çarpayıdan ibarət Terapiya Şöbəsində 15 həkim, 29 tibb bacısı, 18 xəstə qulluqçusu və 11 xadimə fəaliyyət göstərir.
Bu barədə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan media-turda şöbənin direktoru Esmira İsmayılova məlumat verib. O diqqətə çatdırıb ki, şöbədə endokrinolji, nevroloji, nefroloji, kardioloji, qastroenteroloji, dermatoloji istiqamətlərdə xəstələr müalicə alırlar:

"Terapiya Şöbəsinə stasionar müalicə məqsədilə gün ərzində 10-15, ay ərzində isə 110-130 xəstə qəbulu həyata keçirilir. Ümumilikdə, şöbənin 60 çarpayıdan yeri, adətən, tam dolu vəziyyətdə olur. Bu onu deməyə əsas verir ki, xəstə qəbulu yaxşı səviyyədədir".

Şöbədə xəstələr üçün dərman təminatının da lazımi səviyyədə olduğunu vurğulayan Esmira İsmayılova həmçinin söyləyib ki, xəstəxanada tibb işçilərinin əsas amalı hər bir xəstəyə qulluq və qayğı göstərməkdir:

"Məqsədimiz xəstələrin diaqnozlaşdırılma və müalicə prosesini, müalicədən sonra bərpasını təmin etməkdir".

AzVision.az


Teqlər: Şəmkir   xəstəxana   həkim  



Xəbər lenti