Hikmət İbrahimli: "İcbari tibbi sığortanın tətbiqi imkanları genişlənir"
"Şəmkir Rayon Mərkəzi Xəstəxanasında bu istiqamətdə lazımi infrastruktur qurulub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu xəstəxanada maddi-texniki bazanın təkmilləşdirilməsi məqsədilə müəyyən işlər həyata keçirib. Xəstəxana MRT cihazı və digər müasir avadanlıqlarla təmin olunub, burada üçüncü dərəcəli laboratoriya qurulub ki, bu da əhalinin keyfiyyətli tibbi xidmət almasına şərait yaradır".
Hikmət İbrahimlinin sözlərinə görə, xəstəxana təkcə Şəmkir rayonunun yox, ətraf rayonların, o cümlədən Gədəbəy, Qazax, Ağstafa, Tovuz rayonlarının da skainlərinə xidmət göstərir:
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xəstəxanalarda mütəmadi monitorinqlər aparır. Şəmkir Rayon Mərkəzi Xəstəxanasında da bu il ümumilikdə 9 monitorinq həyata keçirilib. Monitorinqlər çərçivəsində avadanlıqların və maddi-texniki təminatın vəziyyətinin yoxlanılması, xidmət səviyyəsinin yaxşılaşdırılması icra olunur".
Departament rəhbəri, eyni zamanda, bildirib ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında demək olar ki, Xidmətlər Zərfinə daxil olan əsas tibbi istiqamətlər üzrə təminat mövcuddur:
"Bu da bölgə sakinlərinin ehtiyac duyduğu xidmətləri yerindəcə, yəni digər şəhərlərə müraciət etmədən almasına şərait yaradır. Ötən ildən bu ilin iyul ayına kimi xəstəxanada 1 083 258 tibbi xidmət göstərilib və məhz sığortanın tətbiqi nəticəsində bölgə əhalisi əlavə xərc, vaxt sərf etmədən xəstəxanada lazımi tibbi xidmətlərdən yararlana bilib".
AzVision.az
Teqlər: Şəmkir xəstəxana media-tur







Vaxtında, Aydın, Lazımlı!


