AYNA dayanacaq məntəqələriylə əlaqədar səlahiyyətli qurum olacaq

   AYNA dayanacaq məntəqələriylə əlaqədar səlahiyyətli qurum olacaq
  28 Noyabr 2025    Oxunub:1063
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi dayanacaq məntəqələriylə əlaqədar səlahiyyətli qurum olacaq.
AzVision.az -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununun tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Şuşa şəhərinin ərazisi istisna olmaqla, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti